• Tam dənli bitkili, giləmeyvəli Belçika vaflisi resepti

Reseptin məlumatları Baxış sayı: 6 509

Tarix : 2-05-2017, 11:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kəpəkli buğda – 1.5 st
Yulaf əzməsi – 0.5 st
Qarağat – 2 st
Dilimlənmiş çiyələk – 1.5 st
Qabartma tozu – 0.5 ç.q.
0-1.5% - li süd – 1.5 st
Yumurta ağı – 2 ədəd
Qəhvəyi şəkər – 3 x.q.
Bitki yağı – 1 x.q.
Bal – 0.5 st.

Hazırlanması:
Vafli qabını isidin. Bir qabda unu, yulafı, qabartma tozu və duzunu qarışdırın. Başqa bir qabda isə süd, yumurta ağı, şəkər və yağı qarışdırın. Quru qarışımı sulu qarışıma əlavə edin, yaxşıca qarışdırın. Yavaşca qarağatı da əlavə edin. Vafli qabını yağlayın. 2 x.q. qarışımdan əlavə edib 1-2 dəqiqə qızardın. Kiçik bir tavaya çiyələk və balı əlavə edin. 5 dəqiqə az odda isidin. Giləmeyvə sousunu da vaflilərin üzərinə əlavə edin və budur, vafliniz hazırdır.Qeyd edək ki, bu ərzaqlar ilə 8 ədəd vafli alınır və 55 dəqiqə vaxtınızı alınır. Qida dəyəri isə 222 kkal-dır.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qarışdırın, Vafli, isidin, qabda, şəkər, qabını, alınır, çiyələk, Kiçik, tavaya, yağlayın, qızardın, vaxtınızı, dəyəri, Giləmeyvə, qarışımdan, sousunu, üzərinə
BİZİ İZLƏYİN