• Çiyələk konfeti resepti

Reseptin məlumatları Baxış sayı: 28 281

Tarix : 18-08-2014, 04:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q meyvəli, yaxud qaymaqlı vafli
0,5 banka qatılaşdırılmış süd
1 çuğundur
şəkər tozu

Hazırlanması:
Vaflini ət maşınından keçirin, qatılaşdırılmış süd əlavə edib yaxşıca qarışdırın. Eynicinsli qatı kütlə alınmalıdır.

Vaflili kütləni yarım saat soyuducuda saxlayın, beləliklə ona forma vermək daha asan olacaq.

Kütlədən 1 çay qaşığı götürüb kürə düzəldin, sonra isə çiyələk forması verin.

Çuğunduru sürtgəcin ən xırda gözündən keçirin. Şirəsini sıxın, cecəsini atın.

Hazırladığınız "çiyələk"ləri çuğundur şirəsinə, sonra isə dərhal şəkər tozuna batırın. Hərtərəfli şəkərə buladıqdan sonra soyuducuya qoyun.

Nuş olsun!
Etiketlər: sonra, şəkər, keçirin, qatılaşdırılmış, çuğundur, çiyələk, gözündən, xırda, Şirəsini, sıxın, düzəldin, sürtgəcin, forması, cecəsini, Çuğunduru, verin, dərhal, buladıqdan, soyuducuya, qoyun
BİZİ İZLƏYİN