• Evdə qatıq resepti

Reseptin məlumatları Baxış sayı: 2 252

Tarix : 2-06-2017, 17:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Qatığın faydalarını hamımız bilirik. Gündəlik menyumuzda yer almalı olan qidalardan biri qatıqdır.
Qatığı mütləq dükandan, bazardan almağınıza gehtiyac yoxdur. Özünüz də evdə qatıq hazırlaya bilərsiniz. Sizə evdə qatıq hazırlamağın qaydasını təqdim edirik.

Tərkibi:
- 1,5 litr süd (təbii inək südü daha yaxşıdır)
- 2 xörək qaşığı qatıq

Hazırlanmaslı:
İlk olaraq südü qazana tökün. Vam odda ara-sıra qarışdıraraq qaynadın. Süd köpüklənib qalxmağa başlayanda altını söndürün və soyumağa qoyun. 15 dəqiqə sonra südün istiliyini yoxlayın.. Termometriniz varsa ölçün, 45°C olmalıdır. Termometriniz yoxdursa, barmağınızı südün içinə salın. 10 saniyəyə qədər barmağınızı südün içində saxlaya bilirsinizsə, deməli, lazımi istilikdədir.
Ardınca 2 xörək qaşığı qatığı bir kasaya qoyup çırpın. Çırptığınız qatığı südün içinə əlavə edin və qarışsırın. Daha sonra qazanın qapağını bağlayın və qazanı isti ədyala bükün. Qatığı otaq temperaturundan asılı olaraq 4-6 saat saxlayın. Daha sonra ədyalı açın və mayalanan qatıq özünü tam tutsun deyə 10 saat soyuducuda saxlayın. Ev qatığınız hazırdır.

Nuş olsun!
Etiketlər: südün, qatıq, sonra, içinə, qatığı, saxlayın, xörək, barmağınızı, Qatığı, Termometriniz, olaraq, qaşığı, lazımi, istilikdədir, Ardınca, kasaya, deməli, qədər, yoxdursa, olmalıdır
BİZİ İZLƏYİN