• Çurçxela resepti

Reseptin məlumatları Baxış sayı: 17 085

Tarix : 19-08-2014, 03:00

Bölmə : Digər reseptlər

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 l üzüm şirəsi
100 q qoz (fındıq, araxis, kişmiş)
100 q qarğıdalı unu
50 q şəkər tozu
ədviyyat: darçın, hil, muskat cevizi, mixək və s. - zövqə görə

Hazırlanması:
Bir sap götürüb qozların içindən keçirin.

Üzüm şirəsinə şəkər tozu, ədviyyat və unu əlavə edib qarışdırın. Zəif odda qatılaşıncayadək bişirin.

Sapa düzdüyünüz qozları bişmiş şirəyə batırın, bir neçə dəqiqə saxlayıb çıxarın. Azca quruyandan sonra yenə şirəyə salın. Proseduru qozun ətrafında şirənin qalınlığı 1-1,5 sm-ə çatanadək təkrarlayın.

Sonra çurçxelanı günəş şüaları düşən yerdə asıb qurudun. Onu bərkiyəndən sonra da yemək olar, 2-3 ay saxladıqdan sonra da. Nə qədər çox qalarsa, dadı bir o qədər gözəl olar.

Nuş olsun!
Etiketlər: sonra, ədviyyat, şirəyə, qədər, şəkər, Proseduru, salın, qozun, ətrafında, qalınlığı, şirənin, vkusnenki, quruyandan, batırın, olsun, dəqiqə, saxlayıb, çıxarın, çatanadək, təkrarlayın
BİZİ İZLƏYİN