• Evdə hazırlanan zefir resepti

Reseptin məlumatları Baxış sayı: 3 735

Tarix : 9-06-2017, 19:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 stəkan şəkər
2 stəkan jelatin (20 qr)
1 çay qaşığı limon duzu
0,5 çay qaşığı qabartma tozu

Hazırlanması:
2 stəkan Jelatini 100 qram suda isladırıq.
Qazana şəkər tökürük, stəkanla soyuq su əlavə edirik və orta temperaturlu oda qoyuruq, qarışdırmağı unutmuruq.
3 dəqiqədən sonra qaynayan kimi götürürük və hazırlanmış jelatini əlavə edirik.
Jelatin həll olana qədər qarışdırırıq.
Biraz soyuduruq amma isti şəkildə 5 dəqiqə qarışdırırıq, sonra fasilə edib yenidən 5 dəqiqə qarışdırırıq.
Limon duzu və qabartma tozunu əlavə edirik.
Yenidən qarışdırırıq.
20 dəqiqə qarışımı gözlədirik.
Listə toplar şəklində qoyuruq və bərkiməsini gözləyirik sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qarışdırırıq, sonra, stəkan, dəqiqə, əlavə, edirik, şəkər, qabartma, qoyuruq, qaşığı, fasilə, yenidən, bilərsiniz, Biraz, soyuduruq, şəkildə, Limon, Yenidən, toplar, şəklində
BİZİ İZLƏYİN