• Unlu şambali deserti resepti

Reseptin məlumatları Baxış sayı: 14 579

Tarix : 21-08-2014, 15:00

Bölmə : Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. un
2,5 st. mannı
1 st. şəkər tozu
1 st. qatıq
1 armudu st. bitki yağı
0,5 armudu st. süd
2 paket vanil
1 paket qabartma tozu

Şərbət:
2 st. şəkər tozu
2 st. su
1 dilim limon

Üzərinə:
50 q badam və ya fıstıq

Hazırlanması:
Öncə şərbəti bişirin:
qazanda su və şəkər tozunu qaynadın. Qaynara düşəndə 1 dilim limon salıb 1-2 dəqiqə də qaynadın, ocaqdan götürün, soyudun.

Xəmir: şəkər, qatıq və bitki yağını yaxşıca çalın.
Mannı, süd, vanil, qabartma tozu əlavə edib çalın.
Az-az un əlavə edib çalın.

Yağlanmış siniyə boşaldıb üzərini hamarlayın.

Badamları 5 dəqiqə qaynar suda saxlayıb qabığını təmizləyin. Şambalinin üzərinə aralı-aralı basdırın.

180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə, qızaranadək bişirin.
Bir qədər soyuduqdan sonra doğrayın. İlıq olanda ilıq şərbəti üzərinə gəzdirin. Süfrəyə dondurma ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, çalın, üzərinə, aralı, qatıq, armudu, əlavə, şərbəti, limon, dilim, paket, bitki, vanil, qabartma, qaynadın, bişirin, qaynar, qızdırılmış, dərəcə
BİZİ İZLƏYİN