• Yaşıl çay və kividən nanəli jele deserti resepti

Reseptin məlumatları Baxış sayı: 13 261

Tarix : 23-02-2016, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ç.q. jelatin tozu
60 q şəkər tozu
1 ç.q. üyüdülmüş yaşıl çay
12 təzə nanəcövhər yarpağı
1 budaq yarpız
1 iri kivi
laym və ya limon şirəsi

Hazırlanması:
Jelatini soyuq suda isladın. Şişəndə mikrodalğalı sobada azca qızdırın. Süzün.

Şəkər tozu ilə üyüdülmüş yaşıl çayı qarışdırın. Qazançaya yarım litr su töküb qaynadın. Ocağı söndürün. Qazanın içinə nanəcövhər və yarpız yarpaqlarını qoyun.

Süzün, çayla şəkər tozu qarışığını əlavə edib, şəkər tozu əriyənədək qarışdırın.

Süzün, jelatin əlavə edin.

Kasaya töküb 30 dəqiqə dondurucuda saxlayın.

Çıxarıb mikserlə və yaxud blenderlə çalın.

Kremankalara doldurub soyuducuda saxlayın.

Jele yarımbərkimiş olmalıdır.

Kivi ilə bəzəyib üzərinə limon şirəsi gəzdirin.

Nuş olsun!
Etiketlər: şəkər, Süzün, saxlayın, nanəcövhər, limon, şirəsi, yaşıl, yarpız, üyüdülmüş, əlavə, qarışdırın, töküb, jelatin, Çıxarıb, dondurucuda, Kasaya, çayla, qarışığını, əriyənədək, mikserlə
BİZİ İZLƏYİN