• Südlü-giləmeyvəli sufle resepti

Reseptin məlumatları Baxış sayı: 15 548

Tarix : 15-03-2016, 23:00

Bölmə : Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st giləmeyvə (məsələn, moruq və qara qarağat)
1 st. su
0,5 st. şəkər tozu
1 x.q. jelatin
0,5 banka qatılaşdırılmış süd

Hazırlanması:
Giləmeyvələrin üzərinə 0,5 st. su töküb qaynadın. Jelatini 0,5 st. suda isladıb şişənədək saxlayın.

Giləmeyvələri ələkdən keçirin. Qaynar püreyə şəkər tozu əlavə edib yaxşıca qarışdırın.

Şişmiş jelatini vam odda qızdırın (kristallar tam əriyənədək). Giləmeyvə püresi ilə qarışdırın.

İçində püre olan qabı soyuq suyun içinə qoyub soyudun. Sonra isə mikserin orta sürətində möhkəm çalın.

Nazik axınla qatılaşdırılmış süd əlavə edib çalın. Formalara yığıb soyudun. Bir gecə soyuducuda qalsa, pis olmaz.

Nuş olsun!
Etiketlər: çalın, qatılaşdırılmış, soyudun, əlavə, şəkər, qarışdırın, soyuq, içinə, qoyub, suyun, püresi, qızdırın, kristallar, əriyənədək, Giləmeyvə, İçində, mikserin, soyuducuda, yığıb, qalsa
BİZİ İZLƏYİN