• Giləmeyvəli-qozlu rahat hulqum resepti

Reseptin məlumatları Baxış sayı: 15 056

Tarix : 23-08-2014, 11:00

Bölmə : Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. şəkər tozu
1 st. nişasta
1,5 st. giləmeyvə şirəsi və ya kompot
10 q tezəriyən jelatin
darçın
100 q qoz
şəkər pudrası

Hazırlanması:
1 st. şəkər tozunu 1 st. nişasta ilə qarışdırın. Adətən, qarğıdalı nişastası götürülür, amma kartof nişastası da olar. Buraya 10 q tezəriyən jelatin əlavə edin (belə jelatini qaynatmaq olur) və yenə qarışdırın.

1,5 st. giləmeyvə şirəsi və ya kompot əlavə edib qazançanı orta itilikli ocağın üstünə qoyub dayanmadan qarışdırın. Azca darçın əlavə edə bilərsiniz (zövqə görə). Bir qədər sonra maye qatılaşacaq, o zaman ocağın itiliyini azaltmaq lazımdır. 7-10 dəqiqə sonra o daha da qatılaşacaq. Bu zaman xırdalanıb qovrulmuş qoz əlavə edin. Formaya töküb soyudun. Tam soyuduqdan sonra xırda kubiklərə doğrayın. Kubikləri əvvəlcə nişastaya, sonra isə şəkər pudrasına batırmaq lazımdır. O zaman yapışqan olmur.

Nuş olsun!
Etiketlər: nişastaya, şəkər, sonra, əlavə, zaman, qarışdırın, darçın, lazımdır, nişastası, ocağın, tezəriyən, jelatin, qatılaşacaq, giləmeyvə, nişasta, kompot, şirəsi, Formaya, töküb, itiliyini, azaltmaq
BİZİ İZLƏYİN