• Almalı-laymlı sorbe resepti

Reseptin məlumatları Baxış sayı: 13 683

Tarix : 2-03-2016, 20:00

Bölmə : Digər reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Sorbe - ərəbcədən bildiyimiz "şərbət" sözündəndir, fransızlar onu "sorbet", "sorbe" kimi tələffüz edirlər. Ərəblər bir çox təamı şərbət adlandırırlar: meyvə, qoz, şokolad və şəkərin qatı qarışığı, ədviyyatlı şirələr, mürəbbəli soyuq içkilər və s. Fransız mətbəxinə isə şərbət meyvəli, yaxud giləmeyvəli dondurmanın bir növü kimi daxil olub. Sorbeni adətən südsüz, qaymaqsız, yəni yağ qatqısız hazırlayırlar. Onu pəhriz deserti də saymaq olar. Çünki kalorisi az, vitamini isə boldur.

Tərkibi:
1/2 laymın şirəsi
250 ml yoqurt
50 q şəkər pudrası
2 yumurtanın ağı
2 iri yaşıl alma

Hazırlanması:
Almaları yuyub iri dilimlərə doğrayın. Qabığını və cecəyini çıxarın. Blenderə qoyun, laym şirəsi əlavə edib 3-4 dəqiqə ərzində xırdalayıb püre halına salın.

Bu püreyə yoqurt əlavə edib qarışdırın.

Yumurta ağını şəkər pudrası ilə möhkəm çalın. Sonra bundan hissə-hissə götürüb almalı püreyə əlavə edin ki, yumurtanın həcmi dağılmasın.

Qatışığı yoqurt qablarına tökün. İçinə taxta çubuqlar qoyun. Dondurucuda 6-8 saat saxlayın.

Əgər sorbeni dondurma aparatında hazırlayırsınızsa, o zaman qatışığı aparatın içinə tökün, 10-15 dəqiqə çalın. Qatılaşanda stəkanlara tökün, içinə taxta çöplər qoyun və dondurucuda 2-3 saat saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, qoyun, yoqurt, tökün, şərbət, saxlayın, yumurtanın, şəkər, içinə, taxta, dəqiqə, çalın, şirəsi, püreyə, hissə, pudrası, Sonra, bildiyimiz, möhkəm, ağını
BİZİ İZLƏYİN