• Xurmalı-keşyulu biskotti resepti

Reseptin məlumatları Baxış sayı: 14 389

Tarix : 24-08-2014, 01:00

Bölmə : Digər reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Biskottini suxarının "qohumu" saymaq olar. Onun növləri çoxdur. Biz xurma və keşyudan biskotti hazırlayaq.

Tərkibi:
3/4 st. şəkər tozu (250 ml-lik stəkan)
2 st. un
2 yumurta
1 ç.q. qabartma tozu
1 çimdik duz
2/3 st. keşyu
2/3 st. xurma

Hazırlanması:
Dərin ləyənə unu ələyin. Qabartma tozu, duz, şəkər tozunu əlavə edin. Qarışdırın. Yumurtanı çəngəllə yüngülcə çalın. Unun ortasında çuxur açın, yumurtanı içinə tökün. Eynicinsli kütlə alınanadək qarışdırın. Sonra iri doğranmış keşyu (yaxud zövqünüzə görə - qoz, fındıq, araxis və s.), iri doğranmış xurma əlavə edin. Xəmiri bir daha qarışdırın.

Sininin içinə perqament kağızı döşəyin. Əlinizi yaşlayıb xəmirdən baton düzəldin, siniyə qoyun. Əvvəlcədən qızdırılmış sobada 30 dəqiqə, üstü azca qızarınca bişirin. Sonra çıxarın, 2-3 dəqiqə soyudun. Uzun iti bıçaqla 1 sm qalınlıqda dilimlərə doğrayın.

Yenidən siniyə düzün. 10-15 dəqiqə qurudun.

Biskottini iki həftəyə qədər soyuq, quru yerdə saxlaya bilərsiniz, dadını və keyfiyyətini itirməz.

Nuş olsun!
Etiketlər: dəqiqə, xurma, Biskottini, əlavə, keşyu, siniyə, içinə, qarışdırın, doğranmış, şəkər, Sonra, Əvvəlcədən, baton, qoyun, düzəldin, xəmirdən, döşəyin, araxis, fındıq, zövqünüzə
BİZİ İZLƏYİN