• Kalitka resepti

Reseptin məlumatları Baxış sayı: 15 141

Tarix : 11-03-2016, 21:00

Bölmə : Digər reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. çovdar unu
2/3 st. xama
2/3 st. süd
duz

İç:
5-6 orta ölçülü kartof
1 yumurta
2 x.q. kərə yağı

Hazırlanması:
Əvvəlcə içi hazırlayaq. Kartofu təmizləyib qaynadın. Püre hazırlayın, yumurta, ərinmiş yağ, duz vurun, qarışdırın.

Stəkanda südlə xamanı qarışdırın.
Unu ələyin, azca duz vurun, tədricən süd və xama qarışığını əlavə edərək qarışdırın. Elastik, yumşaq xəmir alınmalıdır (bunun üçün südlə xama bir qədər az və ya çox tələb oluna bilər).
Xəmiri qida ploynkasına büküb 20-30 dəqiqə saxlayın.
Xəmiri kolbasa formasına salın. Qoz boyda kəsib kündələyin, un səpilmiş lövhədə 1-1,5 mm qalınlıqda yayın (yaxşı forma üçün xırda nəlbəkidən də istifadə edə bilərsiniz).
Hər bir lavaşın içinə 2 x.q. iç qoyun. Xəmirin iki qırağını ortaya eləyin, təxminən 1 sm-dən bir büzün.

Kalitkaları yağlanmış siniyə düzün, 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Kalitkaları süfrəyə qaynar süd, yaxud doğranmış bişmiş yumurta ilə qarışdırılmış isti kərə yağı ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yumurta, qarışdırın, Kalitkaları, südlə, bilərsiniz, dəqiqə, Xəmiri, vurun, forma, yaxşı, yayın, xırda, nəlbəkidən, lavaşın, bişmiş, istifadə, qalınlıqda, lövhədə, salın, olsun
BİZİ İZLƏYİN