• Sakızlı muhallebi resepti

Reseptin məlumatları Baxış sayı: 3 459

Tarix : 7-07-2017, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 st. süd,
1.5 st. şəkər tozu,
1 ç.q. xırdalanmış damla sakız(“zey”),
1 st. un,
50 qr kərə yağı,
1 paket vanil

Hazırlanması:
Bir qazana südü töküb, üzərinə şəkər tozu, un, vanil əlavə edirik. Çırpa teliylə (“vençik”) çırpırıq ki, topaclanmasın. Qazın üzərinə qoyub, fasiləsiz qarışdırırıq. Qatılaşandan sonra qazdan götürüb, damla sakızı və yağ əlavə edərək qarışdırırıq. Üzərini zövqə görə bəzəyib, servis edirik.

Qeyd olunmuş ərzaqlardan şəkildəki qablarla 5 ədəd çıxır. Soyuq halda daha dadlı olur.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, şəkər, qarışdırırıq, vanil, edirik, damla, edərək, zövqə, Üzərini, dadlı, götürüb, sakızı, bəzəyib, servis, Soyuq, şəkildəki, qablarla, halda, qazdan
BİZİ İZLƏYİN