• Dadlı, ləzzətli ekler resepti

Reseptin məlumatları Baxış sayı: 2 899

Tarix : 1-08-2017, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 ml su,
100 qr yağ,
160 qr un,
4-5 ədəd yumurta (ölçüsündən asılı olaraq),
1 çimdik duz,
krem (zövqə görə)

Hazırlanması:
Əvvəlcə su, yağ və bir çimdik duzu dəmir qazana töküb, qazın üzərinə qoyuruq. Qaynayanda oddan götürüb, un əlavə edirik və dayanmadan tez-tez qarışdırırıq. Alınan sarımtıl xəmir qazanın kənarlarından ayrılmalıdır. Xəmiri 10-15 dəqiqə gözlətdikdən sonra yumurtaları bir-bir əlavə edərək mikserlə çalırıq. Tam həll olduqda, xəmiri konditer torbasına yığırıq. Yağlı kağız sərilmiş soba qabına istədiyimiz ucluqdan istifadə edərək fiqurlar salırıq. Əvvəlcədən qızdırılmış 200° istilikli sobada 10 dəqiqə bişirdikdən sonra temperaturu 150° edib, 10 dəqiqə daha bişiririk. Son olaraq 15 dəqiqə 100° temperaturla eklerlərimizi bişiririk. *Qeyd. İlk 20 dəqiqə sobanın qapağını açmayın.

Eklerlərimiz soyuduqdan sonra zövqə görə istənilən kremdən (bişmiş krem, qaymaqlı krem, krem şanti və s.) istifadə edərək içərisini doldururuq. Üzərini istədiyiniz kimi (bişmiş qatılaşdırılmış süd, şokoladlı qlazur, şəkər pudrası və s.) bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, edərək, sonra, əlavə, bişmiş, çimdik, bişiririk, istifadə, olaraq, zövqə, eklerlərimizi, sobanın, temperaturla, sobada, salırıq, fiqurlar, ucluqdan, Əvvəlcədən, qızdırılmış, bişirdikdən
BİZİ İZLƏYİN