• Qabaq kürüsü konservi resepti

Reseptin məlumatları Baxış sayı: 6392

Tarix : 29.02.2016, 13:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq qabaq (qabığı soyulub, toxumu təmizlənmiş)
150 q yerkökü
250 q soğan
1 dolu x.q. tomat pastası
1-2 diş sarımsaq
duz
istiot
dəfnə yarpağı
qovurmaq üçün bitki yağı

Hazırlanması:
1. Yerkökünü sürtgəcdən keçirin. Soğanı yarımhalqa, qabağı tərəfi 1,5 olan kubik doğrayın.

2. Qalın dibli tavaya, yaxud qazana bitki yağı töküb soğanı yerkökü ilə qovurun. Qabağı əlavə edib bir qədər də su tökün (təxminən stəkanın 1/4-i qədər, qabaq özü də su buraxır). Qazanın (tavanın) qapağını örtün.

3. Tərəvəzləri təxminən 1 saat vam odda bişirin. Əgər bu müddətdən sonra suyu çox olarsa, həmin suyu çömçə ilə bir ayrı qaba yığın.

4. Tomat pastası, duz, istiot, əzilmiş sarımsaq əlavə edin, yaxşı qarışdırın. Dəfnə yarpaqları da əlavə edib qapağını bağlayın, daha 15 dəqiqə bişirin.

5. Qazanı (tavanı) ocaqdan götürün. Azca soyudun. Duzunu-istiotunu, sarımsağını yoxlayın, lazım gələrsə, əlavə edin. Bir qədər də soyuyandan sonra dəfnə yarpaqlarını çıxarın (yaxşı olar ki, onları əvvəlcədən sayasınız ki, çıxaranda da rahat olsun). Blenderlə xırdalayın. Əgər kürü gözünüzə çox qatı görünsə, bişərkən ayrılan suyundan bir qədər əlavə edə bilərsiniz.

6. Kürünü yenidən qazana tökün, qaynara düşəndə ocaqdan götürün.

Kürünü sterilizə edilmiş bankalara yığın, sterilizə edilmiş qapaqları ağzına qoyun (amma bağlamayın). Bankaları 120 dərəcə qızdırılmış sobada 1 saat saxlayın. Sonra sobadan çıxarıb ağzını yaxşıca bağlayın.

Nuş olsun!

Etiketlər: əlavə, qədər, qapağını, yaxşı, olsun, bitki, yığın, qazana, sonra, bişirin, sterilizə, edilmiş, götürün, qabaq, tökün, yerkökü, təxminən, ocaqdan, Kürünü, bağlayın
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica