• Toyuq əti ilə lavaşlı rulet salatı resepti

Reseptin məlumatları Baxış sayı: 83 304

Tarix : 25-08-2014, 01:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
lavaş
toyuğun döş əti
2 yerkökü
3 yumurta
2 çuğundur
1 baş soğan
göyərti (keşniş, yaxud başqa sevdiyiniz göyərti)
mayonez

Hazırlanması:
Toyuğu bişirin. Soyudub xırda doğrayın (blenderdən də keçirə bilərsiniz). Yerkökünü yuyub-təmizləyib sürtgəcdən keçirin, xırda doğradığıız soğanla birlikdə yağda qovurun. Duz, istiot vurun.
Bunu bir qaba yığın.

Çuğunduru yuyub, qabığını soyub sürtgəcdən keçirin, onu da yağda qovurun. Duz, istiot vurun.

Yumurtanı bişirin, soyudub qabığını soyun, çəngəllə xırdalayın.

Göyərtini doğrayın.

Lavaşın üstünə mayonez çəkin. Toyuq ətini üstünə döşəyin. Azca duz, istiot səpin. İkinci lavaşı üstünə çəkin. Mayonez çəkib qovrulmuş yerkökünü döşəyin. Üçüncü lavaşı qoyun, mayonez çəkin, doğranmış göyərtini səpin. Dördüncü lavaşı qoyun, mayonez çəkin, yumurtanı döşəyin. Duz-istiot səpin. Lavaş qoyun, mayonez çəkin, qovurduğunuz çuğunduru döşəyin. Sonra səliqə ilə ruleti bükün.
2 saat soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl çəpinə doğrayın.

Ümumiyyətlə, lavaşın arasına müxtəlif ərzaqları qoyub, rənglərinə görə çeşidləyərək büksəniz, müxtəlif dadlı və gözəl görünüşlü rulet-salatlar hazırlamış olarsınız. Məsələn, toyuq əti yerinə krab çöpləri, həmçinin pomidor, xiyar, göy noxud və qarğıdalı, göbələk konservləri də istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: mayonez, çəkin, istiot, döşəyin, doğrayın, qoyun, üstünə, səpin, lavaşı, keçirin, sürtgəcdən, yuyub, yağda, qovurun, müxtəlif, vurun, bilərsiniz, qabığını, xırda, göyərti
BİZİ İZLƏYİN