• Rafaello salatı resepti

Reseptin məlumatları Baxış sayı: 23 416

Tarix : 25-08-2014, 08:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300-400 q ət
6 yumurta
1 baş soğan
200 q bərk pendir
1 diş sarımsaq
mayonez
qara istiot
duz
limon şirəsi
bitki yağı (qovurmaq üçün)

Hazırlanması:
Əti yuyun, saman kimi doğrayıb bitki yağında qovurun. Duz və istiot vurun.

Soğanı təmizləyin, yuyun, yarımhalqa doğrayın. Üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Sonra suyu süzün, soğanın üstünə limon şirəsi gəzdirin.

Yumurtaları suda bişirin, təmizləyib uzunasına iki yerə bölün. Sarılarını çıxarıb çəngəllə əzin. Buraya əzilmiş sarımsaq, istiot və mayonez əlavə edin, qarışdırın.
Sonra bu qarışığı yumurta ağlarının içinə doldurun.
Pendiri sürtgəcin xırda gözündən keçirin.

Salatı lay-lay yığın:
1-ci lay: ət
2-ci lay: soğan
3-cü lay: mayonez
4-cü lay: yumurtalar (hamar, yastı hissələri üzü aşağı olmaqla)
5-ci lay: mayonez
6-cı lay: pendir.

Nuş olsun!
Etiketlər: mayonez, istiot, şirəsi, yuyun, Sonra, bitki, limon, soğan, yumurta, pendir, sarımsaq, içinə, doldurun, Pendiri, qarışığı, çəngəllə, sürtgəcin, çıxarıb, Buraya
BİZİ İZLƏYİN