• Meksika salatı resepti

Reseptin məlumatları Baxış sayı: 26 083

Tarix : 25-08-2014, 19:00

Bölmə : Salatlar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 pomidor
0,5 banka qırmızı lobya konservi
1/3 banka qarğıdalı konservi
2 bolqar bibəri (fərqli rənglərdə)
1 baş soğan
0,5 ç.q. limon şirəsi
2 x.q. zeytun yağı
1 diş sarımsaq
cəfəri
şüyüd
reyhan
duz

Hazırlanması:
Pomidor və bolqar bibərini kubik doğrayın. Soğanı xırda doğrayın. Sarımsağı əzin. Əgər onun iyinin və dadının güclü olmasını istəmirsinizsə, o zaman nazik, lay-lay doğrayın. Göyərtini doğrayın. Konservləşdirilmiş tərəvəzin suyunu süzün.
Bütün ərzağı bir qabda qarışdırıb duzlayın. Limon şirəsi və bitki yağını qarışdırın. Salatı boşqablara çəkin, üzərinə limonlu-yağlı sous gəzdirin.

Nuş olsun!
Etiketlər: doğrayın, bolqar, banka, şirəsi, konservi, Bütün, süzün, ərzağı, qarışdırıb, qabda, tərəvəzin, nazik, zaman, Göyərtini, Konservləşdirilmiş, duzlayın, suyunu, yağını, limonlu, üzərinə
BİZİ İZLƏYİN