• Ləziz badımcan salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 64 361

Tarix : 27-08-2014, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq badımcan
500 q şirin bibər
2 baş soğan
100 q sarımsaq
1 dəstə reyhan
1 dəstə cəfəri
1 dəstə şüyüd
150 ml bitki yağı
50 ml 6%-li sirkə
0,5 ç.q. üyüdülmüş ağ istiot
0,5 ç.q. şəkər tozu
0,5 ç.q. duz

Hazırlanması:
Badımcanları yuyun. Qaynar duzlu suda 10-15 dəqiqə bişirin.
Ləziz badımcan salatı resepti - FOTO RESEPT


Şirin bibər və soğanı saman kimi, göyərtini xırda doğrayın. Sarımsağı əzin.
Ləziz badımcan salatı resepti - FOTO RESEPT


Badımcanları qaynar sudan çıxarıb soyudun.
Ləziz badımcan salatı resepti - FOTO RESEPT


Soyumuş badımcanları yarıya bölün, sonra isə uzun-uzun dilimləyin.
Ləziz badımcan salatı resepti - FOTO RESEPT


Doğranmış badımcanlara bibəri əlavə edin.
Ləziz badımcan salatı resepti - FOTO RESEPT


Soğanı, göyərtini və sarımsağı da əlavə edin.
Ləziz badımcan salatı resepti - FOTO RESEPT


Sirkə tökün, şəkər tozu, ətirli ağ istiot, duz səpin. Yaxşıca qarışdırın. Üzərinə bitki yağı gəzdirin. Soyuducuda 1 sutka saxlayın.
Ləziz badımcan salatı resepti - FOTO RESEPT


Yarımlitrlik bankalara yığın, 25 dəqiqə sterilizə edin, qapağını bağlayın.
Ləziz badımcan salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəstə, istiot, şəkər, göyərtini, dəqiqə, Badımcanları, əlavə, bitki, bibər, dilimləyin, tökün, səpin, sonra, ətirli, Doğranmış, Yaxşıca, Soğanı, sarımsağı, Sirkə, badımcanlara
BİZİ İZLƏYİN