• Roma salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 355

Tarix : 30-08-2014, 15:00

Bölmə : Salatlar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q bişirilmiş dil
100 q ağ kələm
1 təzə xiyar
3 yumurta
2 x.q. göy noxud konservi
2 kahı yarpağı
mayonez

Hazırlanması:
Xiyarı yuyub nazik saman kimi doğrayın. Kələmi nazik doğrayın. Bişmiş dili şəridlərə doğrayın. Yumurtaları suda bişirin, soyudun, təmizləyib xırda doğrayın.

Bir qabda dili, kələmi, xiyarı, yumurtanı, göy noxudu və mayonezi qarışdırın. Boşqabın içinə kahı yarpaqları döşəyin, salatı üzərinə qoyun.

Nuş olsun!
Etiketlər: doğrayın, nazik, kələmi, yumurtanı, xiyarı, qabda, təmizləyib, xırda, noxudu, soyudun, mayonezi, salatı, üzərinə, qoyun, olsun, döşəyin, yarpaqları, qarışdırın, Boşqabın, içinə
BİZİ İZLƏYİN