• Hind salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 451

Tarix : 20-01-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
3 orta boy kartof
2 orta xıyar
200 qr. xama və ya qatıq
təzə nanə
1 x.q. limon suyu

Sous üçün:
1 x.q. kərə yağı
1/2 ç.q. çili (pul bibər)
1/2 ç.q. cirə (kimyon)
1 ç.q. kokos qırıntıları

Hazırlanması:
1.Kartof yuyulur, qabığlı bol suda qaynadılır. Hazir olanda qabığını soyun və soyudun.
2.Xıyar və kartof eyni boyda kub şəklində doğranılır.
3.Təzə nanə xırda doğranılır.
4.Hamısını bir dərin qaba əlavə edib üstünə xama, limon suyu və duz əlavə edin. Yaxşı qarışdırın.
5.Sous hazırlayaq. Kərə yağını tavada əridin. İçinə cirə və çili əlavə edin, 2 dəqiqə qovurun. Kokos qırıntılarını əlavə edin, qarışdırın və tavanın altını keçirdin.
6.Salatı bir qaba qoyun və üstünə sous tökün

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, qarışdırın, doğranılır, üstünə, limon, kartof, tavada, əridin, yağını, hazırlayaq, İçinə, Yaxşı, dəqiqə, keçirdin, Salatı, qoyun, tökün, altını, tavanın, qovurun
BİZİ İZLƏYİN