• Zəncirotu salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 341

Tarix : 15-09-2014, 13:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd bişmiş yumurta
1 banka (240 ml) balıq konservi (sayra, qorbuşa)
70 q kreker
mayonez
göyərti (bəzək üçün)

Hazırlanması:
Bişmiş yumurtanın ağını və sarısını ayrı-ayrı qablara sürtgəcdən keçirin.

Balığı bankadan çıxarın, iri sümüklərini təimizləyib çəngəllə əzin. Çox quru alınarsa, bankadakı şirəsindən əlavə edin.

Krekerləri xırdalayın.

Buluda bu sıra ilə düzün:

krekerlərin yarısı + mayonez,
balığın yarısı + mayonez,
yumurtanın ağının yarısı + mayonez.
Sonra bu sıranı bir daha təkrarlayın. Üstünə yumurta sarısı səpin. Qıraqlarına isə doğranmış göyərti səpin.

Salatın tərkibində kreker olduğundan onu ən azı iki saat saxlamaq lazımdır ki, mayonezi hopdurub yumşalsın, həmçinin doğrayanda ovulub tökülməsin.

Nuş olsun!
Etiketlər: mayonez, yarısı, göyərti, yumurtanın, səpin, kreker, yumurta, Üstünə, sarısı, düzün, Qıraqlarına, təkrarlayın, sıranı, Sonra, doğranmış, balığın, krekerlərin, saxlamaq, doğrayanda
BİZİ İZLƏYİN