• Ukrayna salatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 998

Tarix : 7-06-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
200 qr. qırmızı lobya (Bonduelle)
1 baş qırmızı soğan
2 badımcan
Cəfəri
Duz
İstiot
Qızartmaq üçün bitki yağı

Hazırlanması:
1.Badımcanı soyub orta hissələrə doğrayırıq. Badımcanın acılığını duzdu suda çıxardırıq.
2.Badımcanın suyunu süzürük. Mətbəx salfeti ilə artıq suyunu çıxardırıq.
Bitki yağında yaxşı qızardırıq.
3.Qızarmış badımcanı yenə mətbəx salfetinə yığırıq ki, artıq yağı çəkdin.
4.Dərin qaba badımcanı əlavə edirik. Üstünə baş soğan kəsirik. Lobyanı əlavə edirik.
5.Xırda kəsilmiş cəfəri səpirik.
6.Duz və istiot səpirik.
7.Hamısını yaxşı qarışdırırıq.
8.Ehtiyyac olarsa əlavə bitki yağı tökə bilərsiniz salata.

Konservləşdirilmiş qırmızı lobya olmasa, adi suda bişən lobya əlavə edin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, lobya, qırmızı, suyunu, çıxardırıq, artıq, badımcanı, edirik, Badımcanın, yaxşı, səpirik, soğan, bitki, Konservləşdirilmiş, salata, kəsirik, olmasa, Dərin, bişən, Lobyanı
BİZİ İZLƏYİN