• Mal ətli qozlu salat resepti

Reseptin məlumatları Baxış sayı: 20 783

Tarix : 30-08-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
Şəkildə 1 nəfərlik olduğuna mən sizə böyük boşqab üçün yazacam. 500 qr. mal əti
6 yumurta
6 turşu xıyar
2 diş sarımsaq
1/2 stakan qoz ləpəsi
duz
istiot
mayonez

Hazırlanması:
1. Mal ətini duzlu suda 1 saat bişiririk. Suyunu süzüb, uzunsov nazik kəsirik. Boşqaba düzülür, mayonez sürtülür.
2. Duzlu xıyarı sürtkəcin böyük gözündən keçirdirik. Suyunu süzürük. İçinə sürtkəcin xırda gözündən keçirilmiş sarımsaq əlavə edirik, qarışdırırıq. Düzürük ətin üstünə.
3. Yumurtaları suda bişiririk. Təmizləyib, soyuduruq. Sürtkəcdən keçirdirik. Başqaba xıyarın üzərinə yığırıq. Duz, istiot səpirik. Mayonez yayırıq.
4. Qoz ləpəsini bıçaqla kəsib, salata səpirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: istiot, mayonez, bişiririk, Suyunu, sarımsaq, səpirik, sürtkəcin, gözündən, keçirdirik, böyük, üstünə, Təmizləyib, xırda, Yumurtaları, Düzürük, əlavə, edirik, soyuduruq, qarışdırırıq, keçirilmiş
BİZİ İZLƏYİN