• Közlənmiş bibər salatı resepti

Reseptin məlumatları Baxış sayı: 2 193

Tarix : 9-09-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd bibər
1 stəkan zeytun yağı
2 xörək qaşığı nar şərab
2 diş sarımsaq
Duz
İstiot

Hazırlanması:
Bibərlər yuyulur, qurulanır və nazik şəkildə qabıqları soyulur. Yağlı kağız sərilmiş ocaq qabına qoyulur. Hər tərəfinə yağ sürtülür və duz səpilir. 200 dərəcə qızdırılmış ocaqda 30 dəqiqəyə qədər bişirilir. Həmçinin bu müddət ərzində onları çevirin ki, hər tərəfi yaxşı bişsin. Yaxşıca yumşalan bibərlər soyudulur daha sonra saplaqları çəkilir və içindəki toxumlarla bərabər asanlıqla çıxarılır.

Üzərinə əzilmiş sarımsaq, narşərab, istiot vurulur. 2 saat soyuducuda saxlandıqdan sonra yeməyə hazır olur.

Nuş olsun!
Etiketlər: sonra, sarımsaq, bibərlər, yumşalan, soyudulur, müddət, çəkilir, saplaqları, Yaxşıca, bişsin, çevirin, onları, tərəfi, yaxşı, içindəki, ərzində, toxumlarla, soyuducuda, vurulur, saxlandıqdan
BİZİ İZLƏYİN