• Kahı salatı resepti

Reseptin məlumatları Baxış sayı: 29 896

Tarix : 22-11-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : menim_sufrem


Tərkibi:
2 dəstə kahı,
1 ədəd xiyar,
1 ədəd kök,
1 dəstə göy soğan,
2 x.q. qatıq,
2 x.q. mayonez

Hazırlanması:
Əvvəlcə kahının yarpaqlarını ayırıb, yuyuruq. Təmiz dəsmal və ya salfet üzərinə sərib, quruduruq. Sonra əlimizlə doğrayıb, salatı hazırlayacağımız qaba tökürük. Xiyarın qabığını təmizləyib, xırda-xırda doğrayırıq. Kökü sürtgəcdən keçirdirik, soğanı isə xırda doğrayırıq. Doğranmış ərzaqları kahının üzərinə tökürük. Qatıq və mayonezi qarışdırıb, sous kimi salatın üzərinə gəzdiririk. Zövqə görə biraz duz da əlavə etmək olar.

Nuş olsun!
Etiketlər: xırda, üzərinə, kahının, doğrayırıq, dəstə, tökürük, soğanı, keçirdirik, sürtgəcdən, Doğranmış, təmizləyib, Qatıq, Zövqə, biraz, əlavə, etmək, gəzdiririk, salatın, qabığını, mayonezi
BİZİ İZLƏYİN