• Qaragöz lobya salatı resepti

Reseptin məlumatları Baxış sayı: 10 559

Tarix : 23-12-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : umutsepetim


Tərkibi:
1.5 su st. lobya,
cəfəri, şüyüd, təzə nanə,
1 ədəd qırmızı bolqar bibəri,
1 ədəd kök,
1 yarpaq qırmız kələm,
1-2 ədəd yaşıl soğan,
zeytunyağı,
yarım limonun suyu,
duz

Hazırlanması:
İlk öncə 1-2 saat əvvəldən suda isladılmış lobyanı suda bişiririk. Yumşaldıqda qazdan götürüb, suyunu tam süzürük. Digər tərəvəzləri və göyərtiləri yaxşıca yuyub, nazik doğrayırıq və lobyanın üzərinə əlavə edirik. Zeytun yağı, limon suyu və duz töküb, qarışdırırıq.

Nuş olsun!
Etiketlər: göyərtiləri, yaxşıca, yuyub, tərəvəzləri, Digər, götürüb, suyunu, süzürük, nazik, doğrayırıq, limon, töküb, qarışdırırıq, Zeytun, edirik, lobyanın, üzərinə, əlavə, qazdan, Yumşaldıqda
BİZİ İZLƏYİN