• Kəsmikli salat resepti

Reseptin məlumatları Baxış sayı: 17 230

Tarix : 23-09-2014, 21:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q kəsmik
300 q çuğundur
50 q şüyüd
50 q cəfəri
50 q xırdalanmış qoz
3-4 x.q. mayonez
1 soğan
2 bişmiş yumurta
duz
zirə - istəyə görə

Hazırlanması:
Çuğunduru yuyub bişirin. Sürtgəcin orta gözündən keçirin.

Soğanı, cəfəri və şüyüdü xırda doğrayın.

Yumurtaları xırda kub şəklində doğrayın.

Kəsmik, yumurta, soğan, qoz, göyərtini qarışdırın, zövqə görə duz və zirə əlavə edib qarışdırın.

Boşqaba çuğunduru döşəyin. Üzərinə 1-2 qaşıq mayonez çəkin. Kəsmikli qarışığı üstünə çəkin. Mayonezin qalanını üstünə çəkin, üzərinə xırda doğranmış göyərti səpin.

Nuş olsun!

Etiketlər: çəkin, xırda, yumurta, qarışdırın, doğrayın, soğan, üstünə, cəfəri, mayonez, səpin, çuğunduru, döşəyin, olsun, zövqə, əlavə, Boşqaba, Üzərinə, göyərti, doğranmış, üzərinə
BİZİ İZLƏYİN