• Fransız çobanyastığı salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 649

Tarix : 27-09-2014, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 baş soğan
4 yumurta
2-3 turş alma
200 q bərk pendir
mayonez

Bəzək üçün:
3-4 cəfəri yarpağı
1/3 yerkökü
2-3 yumurta

Hazırlanması:
Soğanı təmizləyib xırda doğrayın, üzərinə qaynar su töküb beş dəqiqə saxlayın, süzün.
Yumurtanı suda bişirib sürtgəcdən keçirin.
Almanı təmizləyib sürtgəcdən keçirin.
Pendiri sürtgəcin xırda gözündən keçirin.

Lay-lay düzün:
Soğan + mayonez + yumurta + mayonez + alma + mayonez + pendir.

Yumurta, yerkökü və cəfəridən şəkildə gördüyünüz qaydada çobanyastığı düzəldin.

Nuş olsun!
Etiketlər: mayonez, keçirin, yumurta, təmizləyib, yerkökü, xırda, sürtgəcdən, pendir, düzün, Pendiri, Almanı, Soğan, sürtgəcin, gözündən, şəkildə, düzəldin, olsun, çobanyastığı, qaydada, cəfəridən
BİZİ İZLƏYİN