• Meşəbəyi daxması salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 801

Tarix : 27-09-2014, 22:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q ağ lobya konservi
1 baş soğan
2 yerkökü
200 q hisə verilmiş kolbasa
2 diş sarımsaq
1 paket suxarı
təzə göyərti
250 q mayonez
duz
istiot

Hazırlanması:
Lobya konservinin suyunu süzün, lobyanı yuyun.

Soğanı təmizləyib kubik doğrayın.

Yerkökünü sürtgəcin iri gözündən keçirin.

Soğanı yerkökü ilə qovurun, artıq yağını süzün.

Kolbasanı nazik şəridlərə doğrayın.

Qovrulmuş tərəvəzi lobya ilə qarışdırın, əzilmiş sarımsaq və mayonez əlavə edin, duz, istiot vurub qarışdırın.

Salatı təpələmə qaba yığın, üzərinə kolbasanı çırpı kimi qalaqlayın, ətrafına isə suxarıları düzün.

Nuş olsun!
Etiketlər: süzün, doğrayın, qarışdırın, mayonez, sarımsaq, Soğanı, lobya, yerkökü, istiot, vurub, əlavə, əzilmiş, tərəvəzi, Kolbasanı, nazik, şəridlərə, Qovrulmuş, yığın, ətrafına, suxarıları
BİZİ İZLƏYİN