• Küncütlü qırmızı kələm salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 794

Tarix : 28-09-2014, 19:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : Yox


Tərkibi:
1 uzun xiyar
200 q qırmızı kələm
1 iri yerkökü
ağ və qara küncüt

Sous üçün:
2 x.q. azca qovrulmuş ağ küncüt
1 x.q. soya sousu
1/2 ç.q. şəkər tozu
2 x.q. düyü sirkəsi
3 x.q. bitki yağı
2 damcı küncüt yağı (istəyə görə)

Hazırlanması:
Xiyarı nazik halqalara doğrayın.
Küncütlü qırmızı kələm salatı resepti - FOTO RESEPT


Kələmi nazik saman kimi doğrayın.
Küncütlü qırmızı kələm salatı resepti - FOTO RESEPT


Yerkökünü sürtgəcin iri gözündən keçirin.

Blenderin içinə küncüt, şəkər tozu, sirkə, bitki yağı və küncüt yağını (istəyə görə) qoyun, eynicinsli qarışıq alanadək xırdalayın.
Küncütlü qırmızı kələm salatı resepti - FOTO RESEPT


Xiyar halqalarını boşqaba düzün, üstünə kələm və yerkökünü qoyun, sousu üzərinə gəzdirin, ağ və qara küncüt səpin.
Küncütlü qırmızı kələm salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: küncüt, şəkər, bitki, nazik, qoyun, doğrayın, sousu, istəyə, kələm, xırdalayın, Xiyar, alanadək, qarışıq, yağını, olsun, eynicinsli, səpin, halqalarını, gəzdirin, yerkökünü
BİZİ İZLƏYİN