• Almalı toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19 865

Tarix : 28-09-2014, 22:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
300 q bişmiş toyuq filesi (hisə verilmiş də olar)
1 ortaboy yerkökü
1 ortaboy turşməzə alma
100 q kərəviz kökü
1/2 limon
duz
istiot
200 q kahı yarpağı
kişmiş (istəyə görə)

Hazırlanması:
Toyuq ətini doğrayın.

Yerkökünü, almanı, kərəviz kökünü sürtgəcin iri gözündən keçirin. Qaba yığın, üstünə 1 limonun yarısının şirəsini, duz, istiot vuraraq qarışdırın.

Kahı yarpaqlarını boşqaba düzün. Üstünə toyuq ətini, yerkökü-alma qarışığını, kişmiş qoyun. Yeyərkən qarışdırın.

Nuş olsun!
Etiketlər: kərəviz, istiot, kişmiş, ətini, qarışdırın, yerkökü, ortaboy, toyuq, yığın, vuraraq, şirəsini, yarısının, limonun, üstünə, düzün, qoyun, Yeyərkən, olsun, qarışığını, Üstünə
BİZİ İZLƏYİN