• Bişmiş tərəvəzli və badımcanlı salat resepti

Reseptin məlumatları Baxış sayı: 5 498

Tarix : 9-06-2018, 20:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 orta ölçülü badımcan (300qr)
1 ədəd baş soğan
200 qr. pomidor
2 diş sarımsaq
150 qr. şirin bibər
Bitki yağı
1 xörək qaşığı limon suyu
Duz (damaq dadına görə)
Cəfəri və reyhan (damaq dadına görə)

Hazırlanması:
Badımcan yuyulur, təmizlənir və kiçik tikələrə doğranılır. Duzlanır və 1 saatlıq kənara qoyulur. Bir saat keçdikdən sonra badımcanlar sıxılır, yuyulur və bir daha sıxılır. Sonra günəbaxan yağında yaxşıca qızardılır, artıq yağ hopsun deyə salfetin üstünə düzülür. Qalan tərəvəzlər 15-20 dəqiqə 180 dərəcəli sobada saxlanılır. Pomidor və bibərin qabığı soyulur. Soğan və sarımsaqla birlikdə xırda-xırda doğranılır. Qızardılmış badımcan, pörtlədilmiş tərəvəz və doğranmış göyərtiyə 1 xörək qaşığı limon suyu, 2 xörək qaşığı bitki yağı, xırda doğranılmış sarımsaq, yarım çay qaşığı duz əlavə olunur və yaxşıca qatışdırılır.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, xırda, damaq, dadına, yuyulur, doğranılır, sıxılır, limon, badımcan, yaxşıca, sarımsaq, bibərin, düzülür, qabığı, soyulur, Pomidor, tərəvəzlər, dəqiqə, soğanlara
BİZİ İZLƏYİN