Tərkibi:150 qr. kabak
100 qr. kələm yarpağı
250 qr. təzə pomidor
30 qr. baş soğan
10 qr. şüyüd
60 qr. pendir
1 diş sarımsaq
2 xörək qaşığı limon suyu
Düz, 1 çimdik şəkər tozu
4 xörək qaşığı bitki yağı
Hazırlanması:Kabak ortadan bölünür, tərəvəz kəsən bıçaqla nazik kəsilir. Soğan halqa- halqa doğranılır. Soğan və kabakın dilimləri duzlanır, şəkər tozu və limon suyu əlavə olunur. Qarışdırılır və 20 dəqiqə kənara qoyulur. Pomidorun qabığı soyulur və xırda- xırda doğranılır. Soğan doğranılır, dərin qaba yerləşdirilir. Qaba duz, şüyüd əlavə olunur və soğanla birlikdə əzilir. Qarışıma limon suyu və bitki yağı tökülür. Kələm yarpağı parçalara ayrılır, pomidor, soğan, kabak, göyərti əlavə olunur. Üzərinə soğan və şüyüd qarışımı tökülür. Sonda isə ovulmuş pendir əlavə olunur.
Nuş olsun!
Etiketlər: olunur, əlavə, limon, doğranılır, şüyüd, Soğan, soğan, şəkər, kabak, halqa, bitki, qaşığı, pomidor, yarpağı, tökülür, pendir, xırda, xörək, birlikdə, dərin