• Qozlu badımcan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 766

Tarix : 31-03-2018, 20:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd böyük badımcan
2 ədəd acı bibər
1 ədəd şirin bibər
2 diş sarımsaq
1 ədəd limon
3-4 kiçik stəkan döyülmuş qoz
150 qram qatıq
Zeytun yağı
Duz, qırmızı bibər

Hazırlanması:
Badımcan və bibəri sobada bişirin (kabab kimi). Soyduqdan sonra qaralmaması üçün yarım limon sıxdığınız suya qoyun. Sonra onları çox kiçik doğrayıb yarım stakan döyülmüş qozla qarışdırın. İçərisinə təxminən 80 ml zeytun yağı ilə qatığı qarışdırıb əlavə edin. Sarımsağı isə düzla döyüb yarım limonun suyunu qarışdırdıqdan sonra əlavə edin. Başqa bir qabda bir az zeytun yağı ilə qalan qozları qovurun, qazdan götürməzdən əvvəl toz qırmızı bibəri də əlavə edin. Sonra həmin yağla qovrulmuş qozu salatın üzərinə gəzdirin. Saxlamadan süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yarım, bibər, əlavə, Sonra, bibəri, sonra, qırmızı, kiçik, zeytun, limon, Başqa, qabda, qozları, qalan, limonun, Sarımsağı, düzla, döyüb, suyunu, qarışdırdıqdan
BİZİ İZLƏYİN