• İsti salat resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 34 082

Tarix : 29-09-2014, 23:00

Bölmə : Salatlar / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd toyuğun döş əti
1/2 kömbə (bayat da olar)
2 x.q. zeytun yağı
1 x.q. sirkə
kahı
300 q bişmiş çuğundur
100 q motsarella pendiri
duz və qara istiot - istəyə görə

Hazırlanması:
Sobanı 200 dərəcədə qızdırın. Çörəyi və toyuğun döş ətini tərəfi 2 sm olan kubiklərə doğrayın. Siniyə yığın, üzərinə 2 x.q. zeytun yağı gəzdirin, duz, istiot vurun, qarışdırın. Bunların sinidə yeri dar olmamalıdır.
İsti salat resepti - FOTO RESEPT


Sobaya qoyub təxminən 15 dəqiqə bişirin. Bu müddətdə toyuq tam bişməli, çörək tikələri isə suxarıya çevrilməlidir.

Motsarella pendirini kubik doğrayın. Çuğundur dilimləyin.
İsti salat resepti - FOTO RESEPT


İsti salat resepti - FOTO RESEPT


Kahı yarpaqlarını tikələyib boşqablara düzün. Üstünə çuğundur və pendir düzün.

Bir kasada zeytun yağı və sirkəni qarışdırın. Duz, istiot vurub çəngəllə çalın.

Hazır toyuqla suxarını çuğundurla pendirin üstündən düzün, üstünə sous gəzdirib süfrəyə verin.
İsti salat resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: düzün, zeytun, istiot, qarışdırın, toyuğun, çuğundur, doğrayın, tikələyib, boşqablara, pendir, yarpaqlarını, Üstünə, Çuğundur, Motsarella, çevrilməlidir, tikələri, pendirini, kubik, suxarıya, kasada
BİZİ İZLƏYİN