• Hisə verilmiş toyuqla venesiya salatı resepti

Reseptin məlumatları Baxış sayı: 22 057

Tarix : 2-10-2014, 13:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
qarğıdalı konservi
hisə verilmiş toyuğun döş əti
təzə xiyar
təzə yerkökü
pendir
mayonez
ədviyyat

Hazırlanması:
Hisə verilmiş toyuq ətini sümükdən təmizləyib nazik saman kimi doğrayın. Pendiri və yerkökünü ayrılıqda sürtgəcin iri gözündən keçirin. Xiyarı saman kimi doğrayın, qarğıdalının suyunu süzün. Hamısını bir qaba yığın, duz, istiot, mayonez əlavə edib qarışdırın.

Qeyd: bu salata mayonezi süfrəyə verməzdən əvvəl vurun, çünki əvvəldən qarışdıranda xiyar su verir.

Nuş olsun!
Etiketlər: doğrayın, xiyar, mayonez, verilmiş, saman, əlavə, qarışdırın, yığın, suyunu, süzün, Hamısını, salata, istiot, verməzdən, əvvəldən, qarışdıranda, verir, olsun, çünki, vurun
BİZİ İZLƏYİN