• Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 27 049

Tarix : 2-10-2014, 16:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 q toyuq əti
3 ədəd qabıqlı bişmiş kartof
4 bişmiş yumurta
250 q təzə şampinyon
150 q qara gavalı
100 q pendir
1 xiyar
100 q mayonez
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Hazırlanması:
Kartof və yumurtanı təmizləyin, qara gavalının üstünə qaynar su töküb bir qədər saxlayın, süzün.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Kartofu və toyuq ətini xırda kubik doğrayın. Yumurtanı sürtgəcdən keçirin, qara gavalını saman kimi doğrayın.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Göbələyi təmizləyin, 4-6 yerə bölün, bir qədər bitki yağında 3 dəqiqə qovurun, duz, zövqünüzə görə göyərti qurusu (oreqano, bağ kəkotusu və s.) əlavə edin.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Xiyarı saman kimi, ya da yarımhalqa doğrayın.
Pendiri sürtgəcdən keçirin.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Salatı porsion variantda hazırlamaq istəyirsinizsə, halqadan istifadə edin (yoxdursa, plastik butulkadan bir hissə (altsız) kəsə bilərsiniz).

Sonra salatı lay-lay düzün.

Alt qatda qara gavalı olacaq.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


İkinci lay toyuq ətidir. Onun üzərinə mayonez çəkin.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Üçüncü lay - kartof.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Dördüncü - şampinyon.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Beşinci - yumurta + mayonez.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Üzərinə pendir səpin.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Salatı tamamlamaq zövqünüzə görədir: xiyarın lay-lay (yarımhalqa), yaxud da saman kimi doğranmış variantından istifadə edərək salatı bəzəyin.
Qara gavalı ilə venesiya salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: mayonez, doğrayın, saman, toyuq, təmizləyin, yarımhalqa, keçirin, qədər, zövqünüzə, salatı, istifadə, sürtgəcdən, Salatı, şampinyon, yumurta, kartof, gavalı, bişmiş, pendir, düzün
BİZİ İZLƏYİN