• Qatıqlı tərəvəz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 138

Tarix : 23-05-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5-6 badımcan,
4 orta boy pomidor,
4-5 qırmızı bibər,
3-4 yaşıl uzunsov bibər,
1 dəstə cəfəri,
1 kasa qatıq,
3-4 diş sarımsaq
1 yemək qaşığı kərə yağı ( zeytun yağı ),
Qırmızı toz bibər,
duz,

Hazırlanması:
Badımcanlar və qırmızı bibərlər közlənir.
Közlənən badımcan və bibərlərin qabıqlarını soyub bütün ərzaqları orta irilikdə doğrayıb salat tabağına alın.
Uzunsov bibərlərin toxum yataqlarını çıxardaraq incə parçalar halında doğrayın.
Qabıqları soyulan pomidorları da küp-küp doğrayın.
Pomidor və uzunsov bibərləri tabaqdakı közlənmiş ərzaqların üzərinə əlavə edin.
Doğranmış cəfəriləri də əlavə edib ərzaqları əzdirmədən xəfifcə qarışdırın.
Duzu ayarlanan salatın üzərinə sarımsaqlı qatıq əlavə edin.
Kərə yağı və zeytun yağında bişirmiş olduğunuz qırmızı toz bibəri qatığın üzərinə gəzdirib servisə alın.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, bibər, qırmızı, zeytun, bibərlərin, qatıq, ərzaqları, badımcan, uzunsov, doğrayın, Doğranmış, soyulan, pomidorları, ərzaqların, bibərləri, tabaqdakı, Pomidor, közlənmiş, cəfəriləri
BİZİ İZLƏYİN