• Rulon salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 116

Tarix : 24-05-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
yarım stəkan qatıq,
1 şirniyyat qaşığı duz,
qabartma tozu,
2 böyük kök,
1 ədəd soğan,
1 su stəkanı un.

İç üçün lazım:
Yarım kq süzmə qatıq (artıra bilərsiniz) ,
istəyə bağlı 1 diş sarımsaq,
yarım dəsdə şüyüd,
duz,
pul bibər

Hazırlanması:
Əvvəlcə soğanları soyub doğrayın. Doğradığınız soğanları iki-üç qaşıq yağda qızardın.
Qəzardılmış soğanların üzərinə rəndələdiyiniz kökü əlavə edib qızardın.
Kök və soğan qızardıqdan sonra yumurtanı bir qabda çırpın və üzərinə qatığı da əlavə edib çırpın.
Bişirdiyiniz kökü də əlavə edib qarışdırın.
Un qabartma tozunu və duzu əlavə edib qarışdırın.
Yağlı kağız sərilmiş siniyə töküb 170 dərəcədə bişirin.
Bişen rulonu ilıq haldaykən sarıp açın. Ardından hazırladığınız qatığı hər yerinə sürtün və rulon hazırlayın.
Yağlı kağıza sarıyıb soyuducuda 1 neçə saat gözlədin.
Soyuduqdan sonra dilimləyib servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, soğanları, Yağlı, çırpın, qızardın, yarım, soğan, qatığı, qatıq, sonra, qarışdırın, qabartma, dərəcədə, bişirin, töküb, tozunu, Bişirdiyiniz, kağız, sərilmiş
BİZİ İZLƏYİN