• Mimoza salatı resepti

Reseptin məlumatları Baxış sayı: 222

Tarix : 30.05.2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
5 ədəd orta boy kök,
5 ədəd orta boy kartof,
5 ədəd yumurta sarısı,
4-5 dənə toyuq budu (balıq, yaxud ət),
250 q mayonez,
250 q smetan,
Duz
İstiot
Bir parça holland pendiri və ya nar dənələri və ya şüyüd

Hazırlanması:
Salatı hazırlamaq üçün əvvəlcə kartofların qabıqlarını soyub iri-iri doğrayın.
İri-iri doğradığınız karfofları qazana qoyub üzərinə isti su əlavə edin.
Kartofları 10-15 dəqiqə bişirin.
Bişmiş kartofları bir süzgəcin içinə qoyub süzün.
Kökü iri –iri rəndələyərək üzərinə isti su əlavə edərək kartof kimi bişirib süzün.
Toyuğu suda bişirin.
Bişirdiyiniz toyuq ətini əvvəlcə didin, sonra isə mətbəx robotundan keçirdin.
Yumurtanı bişirib soyun.
Yumurtanın qabığının asan soyulması üçün bişirdikdən sonra yumurtaları soyuq suyun altında tutub soyudun.
Yumurta sarılarını çəngəllə möhkəm əzin.
Smetanla mayonezi möhkəm qarışdırın.
Salatı hazırlayacağımız qabın alt qisminə əzilmiş kartof yayın.
Duz və istiot səpilib üzərindən möhkəm basın.
Bundan sonra kartofların üzərinə mayonezli smetanı sürtün.
Mayonezli smetanın üzərindən isə əzilmiş toyuğu yayın.
Bunları elədikdən sonra didilmiş toyuq ətinin üzərindən mayonezli smetan sürtün.
İndi isə sıra gəldi yumurtaya.
Yumurtanı mayonezin üzərindən yayın.
Və yenə mayonez qoyun.
İndi isə bişib hazırlanmış kökləri yayın.
Kökün üzərindən də biraz mayonez sürtün.
Və mimoza salatının ən üst hissəsinə də mayonez sürtərək salatın üzərini qapadın.
Hazırlanan salatı bir gecə soyuducuda saxlamaq lazımdır.
Holland pendirini rəndənin incə gözündən rəndələyin.
Hazırladığınız bu holland pendiri rəndəsini Mimoza salatını süfrəyə verməzdən əvvəl salatın üzərinə bvrabər şəkildə səpin.
Ancaq bu zaman diqqət edin ki, rəndələnmiş holland pendiri rəndəsi salatın üzərinə yapışmasın. Yəni havalı bir şəkildə salatın üzərində qalsın.
Bundan sonra kartof soyulan alət vasitəsi ilə holland pendirinin kənarlarını soyun.
Bu soyulmuş holland pendirindən 3-4 barmaq enində parçalar kəsərək qıvırın.
Bu qıvrılmış holland pendiri parçalarının içərisinə kök kəsib yerləşdirin.
Cəfəri saplarından sap hazırlayın.
Salatın üzərini zövqə görə holland pendiri, nar dənələri, və ya xırda doğranmış şüyüdlə bəzəmək mümkündür.

Nuş olsun!
loading...

Etiketlər: holland, sonra, üzərindən, üzərinə, pendiri, mayonez, yayın, salatın, kartof, möhkəm, sürtün, toyuq, qoyub, süzün, əlavə, üzərini, soyun, Yumurtanı, bişirin, mayonezli
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN