• Qozlu kreml salatı resepti

Reseptin məlumatları Baxış sayı: 6 258

Tarix : 31-05-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd orta ölçülü kartof,
3 ədəd kök.
3 ədəd yumurta,
250 – 300 q. kələm,
100 q. qoz ləpəsi,
Mayonez,
Duz,
İstiot.

Hazırlanması:
Kreml salatı hazırlamaq üçün kartof və yumurtanı əvvəlcə qaynadın.
Kələmi xırda – xırda doğrayıb duzlayın.
Suda bişmiş kök, kartof və yumurtanı sürtgəcdən keçirdin.
Qozu doğrayın.
Kreml salatı tort səklində bu qayda ilə yığın.
1. Əvvəlcə alt təbəqəyə kartof, mayonez, duz, istiot qoyun.
2. İkinci təbəqəyə kök, mayonez, duz, istiot əlavə edin.
3. Üçüncü təbəqəyə yumurtanın sarısı, mayonez, duz, istiot düzün.
4. Dördüncü təbəqəyə kələm, mayonez və istiot əlavə edin.
5. Beşinci təbəqəyə umurtanın ağı, mayonez, duz, istiot əlavə edin.
6. Salatın üzəri üçün qoz ləpəsindən istfadə edin.

Nuş olsun!
Etiketlər: istiot, mayonez, təbəqəyə, kartof, əlavə, yumurtanı, xırda, salatı, Kreml, kələm, yumurtanın, Üçüncü, qoyun, sarısı, İkinci, Beşinci, üzəri, ləpəsindən, istfadə, Salatın
BİZİ İZLƏYİN