• Tərəvəz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 111

Tarix : 17-06-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5-6 badımcan,
4 orta boy pomidor,
4-5 ətli qırmızı bibər,
3-4 yaşıl uzunsov bibər,
1 dəstə cəfəri,
1 kasa qatıq,
3-4 diş sarımsaq,
1 yemək qaşığı kərə yağı ( zeytunyağı ),
Qırmızı toz bibər,
duz

Hazırlanması:
Badımcan və bibərləri közləyin.
Közlənən badımcan və bibərlərin qabıqlarını soyun və kiçik olmadan doğrayıb salat qabına yığın.
Uzunsov bibərlərin toxumunu çıxardıb incə parçalar halında doğrayın.
Qabıqları soyulan pomidorları da küp-küp doğrayın.
Onları da salat qabına əlavə edin.
Doğradığınız cəfərini də əlavə edib ərzaqları əzmədən yüngülcə qarışdırın.
Duzunu ayarladığınız salatın üzərinə sarımsaqlı qatıq əlavə edin.
Kərə yağı və ya zeytun yağı ilə qovrulmuş qırmızı toz bibəri qatığın üzərinə gəzdirib servis edin.

Nuş olsun!
Etiketlər: bibər, əlavə, salat, qabına, üzərinə, bibərlərin, qatıq, doğrayın, qırmızı, badımcan, Doğradığınız, ərzaqları, cəfərini, Onları, Qabıqları, pomidorları, soyulan, qarışdırın, bibəri, qovrulmuş
BİZİ İZLƏYİN