• Yeni il salatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 535

Tarix : 22-08-2019, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd çuğundur
1 ədəd qırmızı soğan
4 ədəd yerkökü
2 ədəd yumurta
100 qr bişmiş dana əti
1 qaşıq sirkə
1 banka konservləşdirilmiş qarğıdalı
1 banka mayonez
Duz istiot
Dekor üçün Goyərti,qirmizi, sarı bibər, apelsin qabığı (istədiyiniz ərzaqları istifadə edə bilərsiniz).

Hazırlanması:
Öncə çuğundur, yekökü və yumurtanı bişirib, təmizləyirik. Əti də qaynadıb sonra xırda hissələrə ayırırıq. Soğanı yarımhalqa formada doğrayıb, üzərinə sirkə töküb, qoxusunu öldürürük.

Ərzaqları növbə ilə sürtgəcdən keçirib, üzərinə duz, istiot və mayonez səpirik. Mən salata şam ağacı formasın verdim. Ən sonda əti və soğanı da əlavə edib mayonezlə salatın hər tərəfini örtürük. Üzərinə xırda doğranmış göyərtini səpirik. Sürtgəcin xırda gözündən yumurtanın ağını keçirib qar effekti yarada bilərsiniz. Bibərlərdən və apelsin qabığından bıçaqla kiçik dairəcikər kəsib, şam ağacı bəzəklərini təmin edə bilərsiniz. Rəqəm və hərfləri yazmaq üçün isə konservləşdirilmiş qarğıdalı gözəl üsuldur. Bu qədər...

Yeni il salatı resepti


Nuş olsun!
Etiketlər: bilərsiniz, xırda, apelsin, istiot, mayonez, üzərinə, ağacı, səpirik, çuğundur, qarğıdalı, keçirib, sirkə, konservləşdirilmiş, banka, effekti, ağını, yarada, yumurtanın, Bibərlərdən, bıçaqla
BİZİ İZLƏYİN