Fransız dilindən hərfi tərcümədə "mizeria" - "kasıbçılıq" deməkdir. Bunu tərkibinə və hazırlanma qaydasının sadəliyinə görə belə adlandırıblar. Amma çox güman ki, bu salatın adında fransız aristokratiyasının adi kəndli süfrəsinə münasibəti əks olunur. Sadəliyinə rəğmən, salatın qeyri-adi dadı var.
Tərkibi:250 q xiyar
1/3 dəstə göy soğan
1/3 dəstə şüyüd
100 q xama
1 x.q. limon şirəsi
1 ç.q. şəkər tozu
duz - zövqə görə
qara istiot - zövqə görə
Hazırlanması:Xiyarı nazik doğrayın. Duzlayın. Bir qədər sonra artıq suyunu sıxın.
Soğanı və şüyüdü doğrayın. Xiyarla qarışdırın.
Xamaya şəkər tozu, istiot, limon şirəsi əlavə edib qarışdırın, salatın üstünə gəzdirin.
Nuş olsun!
Etiketlər: salatın, şirəsi, limon, şəkər, istiot, qarışdırın, doğrayın, zövqə, dəstə, Duzlayın, qədər, sonra, artıq, hərfi, nazik, mizeria, tərcümədə, Hazırlanması, Xiyarı, suyunu