• Yolka oyuncağı salatı resepti

Reseptin məlumatları Baxış sayı: 10 603

Tarix : 27-12-2018, 23:15

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : afaqs_kitchen


Yeni il süfrələrinin ən gözəl ,cəlbedici salat forması.Süfrədə çox gözəl görüntü yaradır. Yeni ildə hansı salat forması edəcəyini düşünən xanımlara fikir olsun.

Tərkibi:
2 ədəd kartof,
2 ədəd kök,
3 ədəd yumurta,
2 ədəd turşu xiyar,
1 banka konservləşdirilmiş qarğıdalı,
mal və ya toyuq əti,
duz,
istiot,
mayonez (salat bərk alınsın ve forma vermək asan olsun deyə smetan qatmaq məsləhət deyil)

Hazırlanması:
Ət bişirilib xırda doğranılır.Əgər toyuq ətidirsə uzunsov doğranıb əllə didilir.Kartof,kök və yumurta çox yumşaq olmamaq şərti ilə bişirilir.Soyuduqdan sonra qabıqları soyulub sürtkəcin iri gözündən keçirilir.Xiyar da sürtkəcdən keçirilir.Ərzaqların üzərinə mayonez,duz və istiot əlavə edilib qarışdırılır.Salatdan düzəldəcəyimiz oyuncaq forması boyda
götürürük,strecin üzərinə qoyub ağzını sıxıb fırladırıq və yumru forma verməyə başlayırıq.Belə etdikdə həm əlimiz bulanmır həm də rahat forma vermək olur.Yumru forma verdikdən sonra açıb salatı götürürük və üzərini zövqümüze uyğun bəzəyirik.Bu salatın içərisinə çuğundur istifadə olunmur.Əgər salatın tərkibində çuğundur olarsa üzərinə bəzək vermək üçün istifadə etdiyimiz kök və yumurtaya tədricən çuğundurun rəngi qarışmağa başlayacaq və xoşagəlməz görüntü alınacaq.Mən çugunduru sadəcə üzərini bəzəmək üçün istifadə etmişəm.Salatın ümumi rəngi açıq olarsa rahatlıqla istədiyimiz rəngi və bəzəyi verə bilərik.

Nuş olsun!
Etiketlər: forma, rəngi, istifadə, vermək, üzərinə, salat, forması, olsun, yumurta, sonra, mayonez, istiot, toyuq, keçirilir, olarsa, çuğundur, salatın, götürürük, görüntü, üzərini
BİZİ İZLƏYİN