Tərkibi:4 pomidor
200 q kolbasa
2 yumurta
200 q qarğıdalı konservi
pendir
göyərti
duz
mayonez
Hazırlanması:Pomidorların içini ürəyinizə yatan digər ərzaq qarışıqları ilə də doldura bilərsiniz. Mayonez əvəzinə xama ilə qarışdırsanız, uşaqlarınız üçün həm maraqlı, həm də çox faydalı təam olar.
Kolbasanı xırda kubik doğrayın.
Bişib soyudulmuş yumurtanı sürtgəcin orta gözündən keçirin.
Kolbasa, yumurta, qarğıdalını qarışdırıb azca duzlayın.
Mayonez əlavə edin.
Pomidorları yuyub, «qapaq»larını kəsin.
Çay qaşığı ilə lətini çıxarın.
Pomidorların içini doldurun.
Göyərtidən "saç" düzəldin.
Mayonezlə "göz", "burun", "dodaq" çəkin.
Pendirdən "ayaq" kəsin.
Nuş olsun!
Etiketlər: içini, Pomidorların, yumurta, Mayonez, kəsin, yuyub, əlavə, Pomidorları, duzlayın, qarışdırıb, sürtgəcin, yumurtanı, gözündən, keçirin, qarğıdalını, Kolbasa, «qapaq»larını, lətini, dodaq, burun