• Çiyələk adası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 009

Tarix : 4-10-2014, 17:00

Bölmə : Salatlar / Foto reseptlər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 baş salat üçün kələm
500 q təzə çiyələk
1 banka duzlu keşyu
1-2 x.q. xaş-xaş
Çiyələk adası resepti - FOTO RESEPT


Hazırlanması:
Xaş-xaşın üçtünə qaynar su töküb şişməsini gözləyin, sonra suyunu süzün.

Kələmi (kahını da olar) doğrayın. Duzlu keşyunu əlavə edin.
Çiyələk adası resepti - FOTO RESEPT


Əgər hazır duzlu keşyunuz yoxdursa, o zaman keşyunu qovurub azca duz vurun.

Çiyələk iridirsə, kubik doğrayın, xırdadırsa, yarı bölün.
Çiyələk adası resepti - FOTO RESEPT


Doğranmış çiyələyi salata əlavə edin. Əgər çiyələk turşdursa, salatın üstünə şərbət (0,5 ç.q.şəkər tozu və 0,5 st. suyu qaynadıb soyudun) gəzdirin. Üstünə xaş-xaş səpib 1-2 saat saxlayın. Bu müddətdə kələm şirəsini verəcək, fındıq azca yumşalacaq, çiyələk isə onun dadını tamam dəyişəcək.
Çiyələk adası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çiyələk, keşyunu, əlavə, duzlu, doğrayın, kələm, şərbət, qaynadıb, üstünə, şəkər, turşdursa, Doğranmış, bölün, çiyələyi, salata, soyudun, salatın, Üstünə, dadını, yumşalacaq
BİZİ İZLƏYİN