• Nisuaz salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 839

Tarix : 5-10-2014, 13:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
Sous üçün:

1 diş sarımsaq
2-3 yarpaq yaşıl reyhan
60 ml zeytun yağı
1 x.q. bəyaz üzüm sirkəsi
duz
istiot

Salat üçün:
150 q yaşıl lobya
1 x.q. limon şirəsi
0,5 şirin bibər (qırmızı)
4 yumurta
1 banka ton balığı konservi (suda və ya yağda)
2-3 iri pomidor (yaxud çerri)
6-8 ançous filesi
200 q kahı
8-10 ədəd yaşıl zeytun
1 balaca soğan
Nisuaz salatı resepti - FOTO RESEPT


Hazırlanması:
Sous:
yağı və sirkəni çəngəllə emulsiya halına gələnədək çalın, xırda doğranmış reyhan və əzilmiş sarımsaq əlavə edin. Duz, istiot vurub bir kənara qoyun.
Nisuaz salatı resepti - FOTO RESEPT


Yumurtanı suda bişirin.
Nisuaz salatı resepti - FOTO RESEPT


Ton balığını çəngəllə əzin.
Nisuaz salatı resepti - FOTO RESEPT


Lobyanı zeytun yağında hazır olanadək bişirin, duz, istiot, limon şirəsi vurun.
Nisuaz salatı resepti - FOTO RESEPT


Boşqablara kahı yarpaqları düzün. Üstünə qovrulmuş lobya, saman kimi doğranmış bibər, nazik yarımhalqa doğranmış soğan, zeytun, dörd bölünmüş yumurta, dilimlənmiş pomidor və ançous filesi, ton balığı qoyun. Üstünə sous gəzdirib süfrəyə verin.
Nisuaz salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: zeytun, istiot, doğranmış, yaşıl, filesi, ançous, bibər, yumurta, balığı, Üstünə, şirəsi, qoyun, lobya, soğan, sarımsaq, reyhan, bişirin, pomidor, çəngəllə, limon
BİZİ İZLƏYİN