• Kimçi salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 350

Tarix : 10-03-2016, 23:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 iri xiyar
1 yerkökü
0,5 baş soğan
göyərti

Sous üçün:
4 diş sarımsaq
0,5 st. acı istiot tozu
4 x.q. balıq sousu (Vuster)
1 x.q. şəkər tozu
1/4 st.+1 x.q. su
2 x.q. düyü sirkəsi
1 ç.q. duz
1 ç.q. küncüt yağı
1 ç.q. küncüt

Hazırlanması:
Xiyarı ortadan bölün, sonra uzunasına 4 (6) yerə doğrayın.
Kimçi salatı resepti - FOTO RESEPT


Yerkökünü nazik uzun doğrayın. Soğanı nazik yarımhalqa, göyərtini xırda doğrayın.
Kimçi salatı resepti - FOTO RESEPT


Tərəvəzləri iri, hermetik bağlanan qaba yığın.

Sous üçün bütün ərzağı qarışdırın.
Kimçi salatı resepti - FOTO RESEPT


Qabdakı tərəvəzin üstünə töküb yaxşıca qarışdırın.
Kimçi salatı resepti - FOTO RESEPT

Kimçi salatı resepti - FOTO RESEPT


Süfrəyə dərhal və ya ağzı kip bağlı qabda 2 saat saxladıqdan sonra verə bilərsiniz.
Kimçi salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: doğrayın, sonra, küncüt, qarışdırın, nazik, Qabdakı, ərzağı, bütün, yığın, hermetik, bağlanan, Tərəvəzləri, tərəvəzin, qabda, saxladıqdan, bilərsiniz, olsun, bağlı, dərhal, üstünə
BİZİ İZLƏYİN